manera.az
manera.az

Kollektiv yalanları rədd edir - Sağlamlıq

Kollektiv yalanları rədd edir - Sağlamlıq

Xalqın, insanların nüfuz zirvəsinə qalxmaq üçün haqqa sədaqət, peşəkarlıq, sənətinə, özünə, digərlərinə hörmət, ziyalılıq, düzgünlük ən mühüm şərtlərdəndir. Tarix boyu cəmiyyət həmişə məramı aydınları yüksək dəyərləndirmiş, bədniyyətliləri, şər-böhtançıları lənətləmişdir. Qələm sahibini cəmiyyətdə şərəfləndirən onun düzgünlüyü, haqsızlığa qarşı barışmazlığıdır. Sənəti ilə xalqa sədaqətlə xidmət edənlər arasında çox təəssüf ki, hələ də dələduzluqla məşğul olan jurnalistlər - saytçılar var. Onlar idarə, müəssisə rəhbərlərini, məktəb direktorlarını, bələdiyyə sədrlərini hədələyərək iştahlarına görə rüşvət tələb edirlər. Könüllərindən keçən məbləği almadıqda hücuma keçir, müxtəlif saytlarda həqiqətə uyğun olmayan, heç bir fakta əsaslanmayan “cızmaqara”larla çıxış edir, vəzifəli şəxsləri gözdən salmağa çalışırlar. Əslində bu qəbildən olan “saytçılar” özlərini çirkab içərisində görmür, tiri başqalarından axtarırlar. Namuslu adamlara şər-böhtan atmağı özlərinə peşə seçiblər.

Ürək bulandıran bir saytda 2 saylı Bakı Dəmir Yol Poliklinikasının kollektivinə atılan böhtan bir sakin kimi məni narahat etdi. Mən kollektivi uzun illərdir ki, yaxşı tanıyıram. Bu barədə mətbuatda yazılarım da olub. Qeyd edim ki, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin tabeçiliyində olan nümunəvi poliklinikalardan biri də Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 2 saylı Bakı Dəmir Yol Poliklinikasıdır. Poliklinika uzun illərdir ki, fəaliyyət göstərir. Əvvəllər burada dəmiryolçulara, onların ailə üzvlərinə, sakinlərə nümunəvi xidmət göstərmək üçün lazımi şəraitin olmaması kollektivi ciddi narahat edirdi. Həmzə Həsənov poliklinikaya baş həkim təyin edildikdən sonra burada ilk olaraq təmir işləri aparıldı. Əhaliyə yüksək səviyyədə xidmət göstərmək üçün poliklinikada hər cür şərait yaradıldı. Köhnə tibbi aparatlar yeniləri ilə əvəz olundu. Sağlam mühit yaradıldı. Son illərdə isə şöbələr EKQ, USM, EEQ aparatları ilə təchiz olunub, laboratoriya üçün müasir avadanlıqlar alınıb. Yeni rentgen aparatı quraşdırılıb. Poliklinikanın maddi-texniki bazası möhkəmləndirilib, müasir tələblərə cavab verir, əmək intizamına ciddi əməl olunur.

Bu işlər baş həkimin təşəbbüsü ilə həyata keçirilib. Bütün bunları biz də gözlərimizlə görmüşük. Buna görə baş həkimə, rəhbərliyə təşəkkür edənlərin şahidi çox olmuşuq. Çox təəssüf ki, bütün bunları gözü götürməyənlər də var.

Bu yaxınlarda yenə də yolumu poliklinikaya saldım. Həkimlər iş başında idilər. Kabinetlərin qabağında sakinlər növbələrini gözləyirdilər. Dəhlizdə onların rahatlığı üçün stollar qoyulmuşdu. Hər tərəfdə təmizlik, səliqə-səhman göz oxşayırdı. Üç gün ərzində 30-a yaxın sakinlə söhbət etdim, onlara göstərilən tibbi xidmətin səviyyəsi ilə, hər hansı neqativ hallarla rast gəlib-gəlmədikləri ilə maraqlandım. Həmsöhbətlərim çox səmimi cavab verdilər. Qeyd etdilər ki, poliklinikanın tibb bacılarından, Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovdan, baş həkim Həmzə Həsənovdan, bütün həkimlərdən çox razıyıq. Həkimlərimz düzgün müayinə-müalicə aparır, tövsiyələrini bizdən əsirgəmirlər. Həmişə bizim sağlamlığımızla maraqlanırlar. İndiyədək hər hansı bir xoşagəlməz hadisə ilə rastlaşmamışıq.

2 saylı Bakı Dəmir Yol Poliklinikasının kollektivi Azərbaycan dövlətçiliyinə, xalqına, vətəninə sədaqətlə xidmət edən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanova güvənir, bəzi “cızmaqara”çıların uydurmalarını, şər-böhtanlarını qətiyyətlə rədd edir.
Baş həkimdən, şöbə müdirlərindən çoz razıyıq. Onlara öz təşəkkürümüzü bildiririk. Sakinlər onu da əlavə etdilər ki, bəzi poliklinikalarda az-az təsadüf edilən xoşagəlməz hərəkətləri burada heç zaman müşahidə etməmişlər. Bütün bunları biz də gördük. Bir daha əmin olduq ki, böyük bir kollektivə, rəhbərliyə şər-böhtan atırlar, bu uydurmalar, yalanlar həqiqətə uyğun deyil. Bu uydurmalar bəzi “cızmaqara”çıların xəyalların məhsuludur. Məqsədlərinə çatmayanda kimlərəsə böhtan atır, hədələyirlər. Bu üsulların zamanı çoxdan keçib. 2 saylı Bakı Dəmir Yol Poliklinikasının kollektivi bu uydurmaları yayanları pisləyir, öz sədritə baş həkiminə güvənir, hüquq-mühafizə orqanlarından dələduzluqla məşğul olanlar barəsində lazımi ölçü götürməyi tələb edir.

Ramiz Əlioğlu

(Yazı müəllifin şəxsi mülahizələridir,
manera.az fikirlərə görə məsuliyyət daşımır.)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930