manera.az
manera.az

Musa Yaqub kitabxanada oxucularla görüşdü

📅 03.11.2017 17:56

Musa Yaqub kitabxanada oxucularla görüşdü
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 1 nömrəli filialında tanınmış şair Musa Yaqubla görüş keçirilib.

Kitabxanadan MANERA.AZ-a bildirilib ki, görüşdə Səbail MKS-nin direktoru Nüşabə Ələkbərova şairin həyat və yaradıcılığından söhbət açıb.

Bildirib ki, Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Ədəbi mühitə 1957-ci ildə “Azərbaycan” qəzetində dərc edilmiş “İki qəlb, iki dünya” poeması ilə gəlib. Onun “Taleyin qisməti”, “Sağlıqlar”, “Yarpaqların payız söhbəti”, “Atam, anam”, “Tənhalıq” və digər şeirləri xalq tərəfindən çox sevilir.

Tədbirdə baş idarənin əməkdaşı Sücayət Piriyeva, Səbail MKS-nin 1 nömrəli filialının direktoru Gülşən Abbasova və başqaları şairin sevilən poeziyası haqqında məlumat veriblər.

Musa Yaqub tədbir iştirakçılarının suallarını cavablandırıb, öz şeirlərini oxuyub, oxucularla xatirə şəkilləri çəkdirib. Şair kitabxananın “Xatirə” kitabına ürək sözlərini yazıb.

Musa Yaqub kitabxanada oxucularla görüşdü
Musa Yaqub kitabxanada oxucularla görüşdü
Musa Yaqub kitabxanada oxucularla görüşdü


Baxış sayı - 1 539 | Yüklənmə tarixi: 03.11.2017 17:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031