manera.az
manera.az

Tələbələr Təhsil mərkəzini ziyarət ediblər

📅 07.04.2018 08:55

Tələbələr Təhsil mərkəzini ziyarət ediblər
Bakı İslam Universitetinin bir qrup tələbələri Misir Ərəb Respublikasının Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində görüşdə olmuşlar.

Manera.az xəbər verir ki, görüş zamanı Mərkəzin rəhbəri Əhməd Sami Elaydi tələbələrə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin yaranma tarixindən, apardığı işlərdən danışılıb.

Bundan başqa Mərkəz rəhbəri Bakı İslam Universiteti ilə Misirin müvafiq universitetləri ilə əməkdaşlığından, Misir Ali Təhsil Nazirliyi tərəfindən Azərbaycanlı tələbələr üçün ayrılan təqaüd proqramlarından və Mərkəzdə fəaliyyət göstərən ərəb dili kursları barədə geniş məlumat verib.

Sonra Misirin tarixini, mədəniyyətini turizm zonalarını özündə əks etdirən film tələbələr tərəfindən izlənilib.


Baxış sayı - 1 316 | Yüklənmə tarixi: 07.04.2018 08:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031