manera.az
manera.az

Yeni tamaşa olacaq | MANAERA.AZ

📅 23.07.2015 11:03

Yeni tamaşa olacaq | MANAERA.AZ


Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, rejissor Azərpaşa Nemətov görkəmli rus yazıçısı Lev Tolstoyun “Hacı Murad” əsəri üzərində işləyir.

Xalq artisti AZƏRTAC-a bildirib ki, əsər tam hazır olduqdan sonra yeni teatr mövsümündə Akademik Milli Dram Teatrının səhnəsində tamaşaçıların ixtiyarına veriləcək. Hazırda əsər üzərində işləyən rejissor bu barədə çoxdan düşündüyünü və işə başladığını qeyd edib.

Tamaşanın 2016-cı ilin fevralında təhvil veriləcəyi gözlənilir. Baş rolu Xalq artisti Fuad Poladov ifa edəcək.

A.Nemətov “Tufandan əvvəl”, "Biganələr oteli”, “Ah, Paris, Paris!”, “Mənim sevimli dəlim”, “Mənim ərim dəlidir”, “Hamlet”, “Boy çiçəyi”, “Şah Qacar” və. s əsərlərə quruluş verib.


Baxış sayı - 1 671 | Yüklənmə tarixi: 23.07.2015 11:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930