manera.az
manera.az

Musiqisevərlərə yeni kitab

📅 06.02.2018 13:42

Musiqisevərlərə yeni kitab
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Bilqeyis xanım Məmmədova-Qarayeva haqqında xatirələr. Mənalı ömrün salnaməsi” kitabı nəşr olunaraq musiqisevərlərin ixtiyarına verilib.

MANERA.AZ xəbər verir ki, bu kitab Azərbaycan musiqişünaslıq məktəbinin görkəmli nümayəndəsi, həyatını pedaqogika və musiqi elminə həsr etmiş sənətkar Bilqeyis Məmmədova-Qarayeva haqqındadır. Nəşrdə, həmçinin sənətkarın zəngin ömrünün bütün dövrlərini əhatə edən fotoşəkillər verilib.

Kitabın tərtibçi-redaktoru Əməkdar İncəsənət Xadimi, bəstəkar Rəşid Şəfəqdir.

Kitab “Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib. Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara və aidiyyəti müəssisələrə paylanılacaq.


Baxış sayı - 1 122 | Yüklənmə tarixi: 06.02.2018 13:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930