manera.az
manera.az

Əxlaq fəlsəfəsində araşdırmalar kitabı azərbaycan dilində çap olundu

📅 30.01.2018 12:14


Əxlaq fəlsəfəsində araşdırmalar kitabı azərbaycan dilində çap olundu
İran Mədəniyyət Mərkəzi tərəfindən Bakıda Ayətullah Misbah Yəzdinin yazdığı Əxlaq fəlsəfəsində araşdırmalar kitabı azərbaycan dilində çap olundu.

Manera.az xəbər verir ki, kitab Ayətullah Misbah Yəzdinin dərslərinin məcmuəsidir. Kitab üç hissə və bir nəticəyə bölünür.

Birinci hissə əxlaq fəlsəfəsində qeyri-ralist məktəblər adlanır bu hissədə perespektevizm, əxlaqda sosioloji baxış, müqavilə nəzəriyyəsi və ilahi fərman nəzəriyyəsi yer alıb.

Ikinci hissə əxlaq nəzəriyyələrində təbii realist sistemlər adlanır. Bu hissədə nedonizm, əxlaqda mənfəəət. əxlaq vəzifəsində başqalarının mənfəətini əsas götürən məktəb, gücə əsaslanan nəzəriyyə, əxlaqda təkamül nəzəriyyəsi və əxlaqda vicdana əsaslanan nəzəriyyə yer alıb.

Üçüncü hissə realist metafizik məktəblər adlanır.

Bu hissədə kəlbi məktəbi, rəvaqi məktəbi, kantın nəzəriyyəsi, xoşbəxtliyə təkid edən əxlaq sistemi və islamın əxlaq nəzəriyyəsi yer alıb.


Baxış sayı - 2 049 | Yüklənmə tarixi: 30.01.2018 12:14
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031