Kitab oxuyanlara xoş xəbər |MANERA.AZ
![]()
Daim kitab oxuyan insanların ömrü uzun olur
Amerika alimləri apardıqları araşdırmaya əsasən belə bir nəticəyə gəliblər.
12 il ərzində aparılan araşdırmada 50 yaşdan yuxarı 3600 nəfərdən çox insan iştirak edib. İştirakçılar üç hissəyə ayrılıb: birinci hissə heç vaxt kitab oxumayıb, ikinci hissə həftədə üç saat kitab oxuyub, üçüncü hissə isə həftədə dörd saatdan artıq kitab oxuyanlar olub.
Nəticə göstərib ki, oxucuların əksəriyyəti ali savadlı qadınlar olub. Bir neçə ildən sonra müşahidə olunub ki, ikinci qrup oxucular orta hesabla 17% uzun ömür sürüblər, üçüncü qrup oxucular isə 23% artıq yaşayıblar. Mütəxəssislərin fikirlərinə görə, kitab oxumaq nəinki intellekt fəaliyyəti artırır, həmçinin adamı stressdən azad edir və insanın öz sağlamlığına nəzarət etməsinə kömək edir.
Maraqlısı odur ki, bu, təkcə kitab deyil, həmçinin qəzet və jurnal oxuyanlara da aiddir.
Könül Əliyeva