manera.az
manera.az

Türkoloq alimdən iki YENİ KİTAB | MANERA.AZ

Türkoloq alimdən iki YENİ KİTAB | MANERA.AZ

Filologiya elmləri doktoru, professor Əsgər Rəsulovun türkologiya və tərcüməşünaslıqla bağlı tədqiqatları həmişə böyük maraqla qarşılanır. Alimin araşdırdığı sahəyə dərindən bələdliyi, təcrübi materiallardan geniş istifadə etməsi əsərlərinin dəyərini daha da artırır. Onun bir neçə il əvvəl çapdan çıxmış «Tərcümə nəzəriyyəsi müstəvisində Türkiyə türkcəsi və Azərbaycan dili» monoqrafiyası başdansovdu «tərcümələr»lə bağlı həm ciddi həyəcan siqnalı, həm nəzəri araşdırma, həm də mükəmməl praktik kömək idi. O tədqiqatında indiki Türkiyə türkcəsinin, eləcə də Azərbaycan türkcəsinin inkişaf yoluna qısa nəzər salır, bu iki qohum dil arasındakı təmas nöqtələrini, qarşılıqlı faydalanmanı diqqətə çatdırırdı.

Türkoloq alimdən iki YENİ KİTAB | MANERA.AZ
Professor Əsgər Rəsulovun yenicə işıq üzü görmüş kitablarından biri “Tərcümə nəzəriyyəsi və təcrübəsi” adlanır. Ali məktəblər üçün dərs vəsaiti kimi nəzərdə tutulmuş bu tədqiqatın məqsədi tələbələri tərcümə sənətinin mahiyyəti və linqvistik qanunauyğunluqları, nəzəriyyələri, növ və modelləri, tərcümə və tərcüməşünaslığın qısa tarixi haqqında məlumatlandırmaqdan ibarətdir. Kitabın praktik hissəsi qohum dillərdən tərcümə nəzəriyyəsi bazasında müasir Azərbaycan dili və Türkiyə türkcəsinin materialları əsasında hazırlanıb. Buna görə də bu araşdırma indi Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə çevirmə ilə məşğul olan tərcüməçilər üçün çox qiymətli vəsaitdir.

Tədqiqatçının “İzahlı türkcə-Azərbaycanca yalançı ekvivalentlər lüğəti” adlı digər araşdırması da praktiki dəyəri baxımından fərqlənir. Gizli deyil ki, Türkiyə tükcəsindən Azərbaycan türkcəsinə çevirmələr zamanı qarşıya tez-tez yalançı ekvivalentlər çıxır. Artıq nəşr olunmuş kitablardan onlarla belə misallar (məsələn, “merdivan” (pilləkən) nərdivan, “leylak” (yasəmən) leylək, “aş” (yemək) aş kimi... çevrilib) gətirmək olar. Tədqiqatçı bu nəşrdə 1500-ə yaxın bu cür sözün izahını verib.
Görkəmli türkoloq-tərcüməşünas yeni araşdırmaları ilə bu sahədə illərdən bəri mövcud olan boşluğu qismən də olsa, doldurub. Ümidvarıq ki, yeni nəşrlər həm mütəxəssislər, həm də oxucular tərəfindən maraqla qarşılanacaq.

Nəriman Əbdülrəhmanlı
MANERA.AZ







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031