manera.az
manera.az

Lənkəran teatrında yeni tamaşa

📅 27.12.2017 16:48

Lənkəran teatrında yeni tamaşa
Dekabrın 26-da Lənkəran Dövlət Dram Teatrında görkəmli Azərbaycan dramaturqu Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi” komediyası əsasında hazırlanmış tamaşanın premyerası olub.

MANERA.AZ xəbər verir ki, maarif və məktəb məsələlərindən, həmin məsələlərə yuxarıların və aşağıların münasibətindən bəhs olunan səhnə əsərinin quruluşçu rejissoru və rəssamı Əməkdar incəsənət xadimi Oruc Qurbanov, musiqi tərtibatçısı İzzət Qurbanovdur.

Tamaşada əsas rolları Xalq artisti Qabil Quliyev (Naçalnik), Əməkdar artist Sucəddin Mirzəyev (Pristav), artistlər Allahverən Babayev (Qazı), Əlibala Əsgərov (Məşədi Ağakişi), Şarud Mehdiyeva (Şaban nənə), Miraslan Ağayev (Hümmətəli), Sayad Əliyev (Müəllim), Hikmət Cəfərov (Kərbəlayi Mirzalı), Emin Fərzullayev (1-ci şagird), Rauf Zeynalov (2-ci şagird), Nizami Qurbanov (Yüzbaşı) və digərləri ifa ediblər.

Lənkəran teatrında yeni tamaşa
Lənkəran teatrında yeni tamaşa
Lənkəran teatrında yeni tamaşa
Lənkəran teatrında yeni tamaşa


Baxış sayı - 1 235 | Yüklənmə tarixi: 27.12.2017 16:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930