İranlı rejissor Lənkəran teatrında yeni tamaşa hazırlayıb | MANERA.AZ
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı İran İslam Respublikasının Tehran Şəhər Teatrı ilə əməkdaşlığa start verib. Tehrandan dəvət olunmuş rejissor Xeyrulla Təgianipur Lənkəran teatrının səhnəsində İran yazışısı Bəhram Bizayinin “İlan Sultan” əsərini tamaşaya hazırlayıb.
Teatrıdan saytımza verilən məlumata görə,bu tamaşa İranla Azərbaycan arasında mədəni əlaqələrin genişlənməsində mühüm əhəmiyyət kəsb edəcək. Belə ki, Lənkəran teatrının İran İslam Respublikasının Mədəniyyət Nazirliyinin Teatr-Dram Sənəti Baş idarəsi ilə bağladığı müqaviləyə əsasən “İlan Sultan” tamaşası Lənkəranla yanaşı, türkdilli xalqların yaşadığı Təbriz, Urmiyə, Ərdəbil və digər şəhərlərində də oynanılacaq, həmçinin 2016-cı ilin yanvar ayında Tehran şəhərində keçiriləcək Beynəlxalq Fəcr Festivalında təqdim olunacaq.
İki gəncin saf məhəbbətindən, keşməkeşli hadisələrdən sonra vüsala yetişmələrindən bəhs edən tamaşada əsas rolları respublikanın əməkdar artisti Sucəddin Mirzəyev, aktyorlardan Sayad Əliyev, Aynur Əhmədova, Qızılgül Quliyeva, Miraslan Ağayev, Əlibala Əsgərov, Emin Fərzullayev, Tərlan Abdullayev və digərləri ifa edirlər.
Tamaşanın premyerasıyaxın günlərdə baş tutacaq.
Turan Etibaroğlu
Manera.az