manera.az
manera.az

Lənkəran teatrı İranda tamaşayla çıxış edib

📅 03.07.2017 11:08


Lənkəran teatrı İranda  tamaşayla  çıxış edib
Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasından qastrol səfərindən qayıdıb.

Teatrın direktoru Tofiq Heydərovun Manera.az-a verdiyi məlumata görə, kollektiv iyunun 29-dan 30-a kimi qonşu ölkənin Parsabad şəhərində Bəhram Beyzayinin “İlan Sultan” tamaşası ilə çıxış edib.


İranlı rejissor Xeyrullah Təğiyənipurun quruluş verdiyi bu səhnə əsərində iki gəncin saf məhəbbətindən, keşməkeşli hadisələrdən sonra vüsala yetmələrindən bəhs olunur. Əsas rolları respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artist Sucəddin Mirzəyev, aparıcı artistlərdən Qızılgül Quliyeva, Miraslan Ağayev, Aynur Əhmədova, Səyad Əliyev, Emin Fərzullayev, Tərlan Abdullayev, Nizami Qurbanov, Şəbnəm Hüseynova, Gülər Kərimova, Rauf Zeynalov və digərləri ifa ediblər.
Lənkəran teatrı İranda  tamaşayla  çıxış edib
T.Heydərovun sözlərinə görə, iki gün müddətində “İlan Sultan” tamaşasına İranın Ərdəbil, Parsabad, Germi və digər türkdilli şəhərlərindən 1000-dən çox sənətsevər baxmaq imkanı qazanıb. Anşlaqla keçən tamaşa barədə İranın informasiya agentlikləri, qəzetləri, “Səhər” Beynəlxalq və “Seda Sima” televiziya kanalları məlumat yayıblar.

Sonda Lənkəran sənətçiləri Parsabad Şəhər Mədəniyyət İdarəsinin fəxri fərmanları və xatirə hədiyyələri ilə mükafatlandırılıb.


Baxış sayı - 1 559 | Yüklənmə tarixi: 03.07.2017 11:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031