manera.az
manera.az

Həmrəylik Gününə həsr olunmuş bayram konserti

📅 26.12.2017 15:37

Həmrəylik Gününə həsr olunmuş bayram konserti
Bakı Xoreoqrafiya Akademiyasının (BXA) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən MANERA.AZ-a verilən məlumata görə, ilk dəfə olaraq dekabrın 29-da BXA-nın təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram konserti keçiriləcək.

Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək konsert Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli, tanınmış drijor, professor Rauf Abdullayevinin rəhbərlik etdiyi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə baş tutacaq.

Konsertdə akademiyanın magistr tələbələri də iştirak edəcək.

Konsertdə Qərbi Avropa və rus bəstəkarlarının fortepiano ifaları təqdim olunacaq.


Baxış sayı - 1 233 | Yüklənmə tarixi: 26.12.2017 15:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031