Filarmoniyanın yanvar repertuarı - MANERA.AZ
MANERA.AZ Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası və bu qurumun nəzdində olan kamera və orqan musiqi zalının yanvar ayı üçün tədbirlər planını təqdim edir.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası:
8 yanvar - Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti,
12 yanvar - Q.Qarayev adına Azərbaycan Dövlət Kamera, Uşaq-Gənclər Dövlət Simfonik və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin “Tutti” Kamera orkestrlərinin konserti,
15 yanvar - tarzən Həmid Vəkilovun yaradıcılıq gecəsi,
19 yanvar - Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə ithaf olunan konserti,
23 yanvar - Rəşid Behbudov adına 2 nömrəli uşaq musiqi məktəbi və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti,
26 yanvar - Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti,
27 yanvar - Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti,
29 yanvar - Əməkdar İncəsənət Xadimi, bəstəkar Mobil Babayevin 70 illiyinə həsr olunmuş müəllif konserti,
30 yanvar - Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər xalq çalğı alətləri orkestrinin konserti.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalı:
21 yanvar - Azərbaycan Dövlət simli kvartetinin konserti,
28 yanvar - Azərbaycan Dövlət fortepiano triosunun konserti.