manera.az
manera.az

Dövlət Simfonik Orkestri Moskva Filarmoniyasında çıxış edəcək

📅 31.10.2016 18:54

Dövlət Simfonik Orkestri Moskva Filarmoniyasında çıxış edəcək


Azərbaycan Dövlət Simfonik Orkestri Moskva Dövlət Akademik Filarmoniyasında keçirilən “Digər Fəza” V Beynəlxalq Aktual Musiqi Festivalında çıxış edəcək.
Noyabrın 2-dən 6-dək davam edəcək festivalda nazirliyin maliyyə və təşkilatı dəstəyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Moskva şəhərinə ezam olunacaq.
Noyabrın 5-də təşkil olunacaq konsert proqramında professor Fərəc Qarayevin “Serenada” (1971), alman bəstəkarı K.Ştokxauzenin üç orkestr üçün “Qruplar” və italyan bəstəkarı Luçano Berionun “Sinfonia” əsərləri səslənəcək.İlk dəfə olaraq, konsertdə üç böyük kollektiv - Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, “Questa musica” ansamblı və Rusiya Dövlət Orkestrinin solistləri eyni səhnəni bölüşəcəklər.

Manera.az


Baxış sayı - 1 407 | Yüklənmə tarixi: 31.10.2016 18:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031