manera.az
manera.az

“Dunçji” Çin bayramı qeyd olunub

📅 25.12.2017 13:16

  “Dunçji” Çin bayramı qeyd olunub
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Dunçji” (“Qışın zirvəsi”) adlı Çin bayramına həsr olunan tədbir keçirilib.

MANERA.AZ xəbər verir ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov “Dunçji” bayramının xüsusi fəlsəfəsi haqqında danışaraq, onun Çin mədəniyyətinin təsir etdiyi ölkələr üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.

Tədbirdə çıxış edən Konfutsi İnstitutunun əməkdaşı Əfsanə Balayeva bu bayramın Çin mədəniyyətində böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Konfutsi İnstitutunun əməkdaşları bayramın adət-ənənələrini, Dunçji əfsanələri və mərasimlərini, Dunçji simvolu olan Meixua gavalı çiçəklərinin uzunömürlülüyü, qışı və gözəlliyi təcəssüm etdirdiyini izah ediblər.

Daha sonra Çin xalq mahnıları, ənənəvi bambuk fleytada qədim Çin musiqisi səsləndirilib, Tayciçuan adlı sağlamlığı inkişaf etdirən gimnastika hərəkətləri nümayiş etdirilib.

Sonda qonaqlar Tangyuanın - Xan sülaləsi dövrünün məşhur həkiminin resepti ilə hazırlanan, ailənin birliyini, ənənəvi pelmeni simvolizə edən düyüdən top şəklində hazırlanmış şirin şorbanı dadıblar.



Baxış sayı - 1 229 | Yüklənmə tarixi: 25.12.2017 13:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031