manera.az
manera.az

Çinin siyasi tarixinə dair seminar keçirilib

📅 04.10.2017 10:06

  Çinin siyasi tarixinə dair seminar keçirilib
Oktyabrın 3-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Çin Xalq Respublikasının yaranmasının tarixi” mövzusunda Çin Xalq Respublikasının yaranmasının 68 illiyi – milli bayramına həsr olunmuş tələbə elmi seminarı keçirilib.

MANERA.AZ xəbər verir ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov Çin Xalq Respublikasının yaranmasının tarixi səbəbləri və bu hadisənin XX əsrin dünya siyasi tarixində əhəmiyyətindən danışaraq, Çin Kommunist Partiyası və ÇXR-in banisi, xalq inqilabının lideri Mao Tszedunun Çin tarixindəki rolu üzərində xüsusilə dayanıb.
Seminarda çıxış edən ADU-nun tələbələri XX əsrdə Çində baş verən əsas siyasi hadisələr, yerli xalqın vahid müstəqil Çin uğrunda mübarizəsi, xalq inqilabının qələbəsi, ÇXR-in yaranması və Çində sosializm quruculuğu haqqında danışıblar.


Baxış sayı - 1 294 | Yüklənmə tarixi: 04.10.2017 10:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031