manera.az
manera.az

Cəlil Cavanşir “Sola dönmək qadağandır” dedi

📅 19.12.2017 16:56

Cəlil Cavanşir “Sola dönmək qadağandır” dedi
Dekabrın 16-da Parafraz saytının təşkilatçılığı ilə tanınmış şair-tərcüməçi Cəlil Cavanşirin "Sola dönmək qadağandır" kitabının təqdimatı olub.

Parafraz-ın məlumatına görə, Kitabevim.az kitab mağazasında baş tutan tədbiri giriş sözü ilə Parafraz saytının baş redaktoru, gənc yazıçı Cavid Qədir açıb.

Kitabın çap olunması üçün başlanan önsatış kampaniyasından danışan C.Qədir kampaniyanın baş tutmasında köməklik göstərənlərə təşəkkürünü bildirib.

O, "Sola dönmək qadağandır" kitabında yer alan yazıların mövzusuna toxunub, Cəlil Cavanşirin yaradıcılığından, onun özünəməxsus yaradıcı yönlərindən danışıb. Hazırkı ədəbi problemlərə toxunub.

Daha sonra söz alan kitabın naşiri və redaktoru yazıçı Müşfiq Xan C.Cavanşirin kitabının ərsəyə gəlmə prosesindən söz açıb. Ədəbi mühitin durumundan danışıb. Oxucu-müəllif münasibətlərinə aydınlıq gətirib.

Bundan başqa, təqdimat mərasimində publisist Rey Kərimoğlu, şair Raqif Raufoğlu, müəllifin atası Cavanşir Hacıyev çıxış edib, öz ürək sözlərini çatdırıblar.

Ardınca söz alan Cəlil Cavanşir iştirakçılara təşəkkürünü bildirib. "Sola dönmək qadağandır" toplusunun 8-ci kitabı olduğunu nəzərə çatdıran şair oxucuların kitabına göstərdiyi marağın ən gözəl hədiyyə və stimul olduğunu vurğulayıb.

Sonda müəllif oxucular üçün kitablarını imzalayıb.

Parafraz-a məxsusi açıqlama verən Cəlil Cavanşir kitabın çapı üçün başladılan kampaniyadan danışıb: "Məndən əvvəl Qaraqanın da belə kompaniyası olmuşdu. Oxucunun nəbzini tutmaq üçün fikirləşdim ki, görüm maraq varmı? Mənimçün ilk təcrübə idi. Daha da təkmilləşdirib, bu cür kompaniyalar keçirmək mümkündür".

Müəllif qeyd edib ki, kitabdakı movzular rəngarəngdir: Əvvəli daha çox ədəbiyyatla bağlıdır, bundan əlavə, sosial, satirik və kədərli yazılar da var".

"Niyə sola dönmək qadağandır?" sualına cavab olaraq C.Cavanşir deyib ki, əslində bunun izahını vermək istəmir: "Düşüncə olaraq sosialistəm, özümü solçu hesab edirəm. Ölkədə solçu düşüncəsində olmaq hazırda qəbul olunmur. Bir az bu kontekstdən yanaşmaq olar ada. Eyni zamanda, sol tərəfdə ürək var, ora da dönmək qadağandır. Kitabı tam oxuyanda sola dönməyin niyə qadağan olduğu anlaşılacaq"..../parafr.az/


Baxış sayı - 2 361 | Yüklənmə tarixi: 19.12.2017 16:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031