manera.az
manera.az

Pianoçularımız beynəlxalq müsabiqədə uğur qazanıb

📅 18.12.2017 17:37

Pianoçularımız beynəlxalq müsabiqədə uğur qazanıb
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri Avstriyanın Vyana şəhərində keçirilən pianoçuların II Beynəlxalq “Edelwiess” müsabiqəsində iştirak ediblər.

MANERA.AZ xəbər verir ki, müsabiqədə fortepiano ixtisası üzrə IV sinif şagirdi Ləman Seyidova (əməkdar müəllim Kamilla Əmirova) İ.S.Bax “İki səsli invensiya”, F.Şopen “Polonez” və P.İ.Çaykovskinin “İlin fəsilləri” məcmuəsindən “Mart” əsərlərini və fortepiano ixtisası üzrə IX sinif şagirdi Fidan Əmişova (professor Siala Sinamdzqvarişvili) L.V. Bethoven “Sonata №1” (fa minor) I hissə, F. Şopen “Etud №9” (fa monor), F. Şopen “Noktyurn” (mi minor) əsərlərini məharətlə ifa ediblər.

8 ölkədən 50 nəfərdən artıq iştirakçının qatıldığı bu müsabiqədə ölkəmizi təmsil edən Ləman münsiflər heyətinin qərarı ilə ən yüksək mükafata “Qran - Pri”yə, Fidan isə II dərəcəli diplom layiq görülüb.


Baxış sayı - 1 215 | Yüklənmə tarixi: 18.12.2017 17:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031