manera.az
manera.az

Mirmehdi Ağaoğlu beynəlxalq müsabiqədə qalib oldu

📅 15.12.2017 17:10

Mirmehdi Ağaoğlu beynəlxalq müsabiqədə qalib oldu
Kulis.azın redaktoru, yazıçı Mirmehdi Ağaoğlunun “85-ci gün” hekayəsi İslam Əməkdaşlığı Təşkilatının keçirdiyi Birinci Qısa hekayə müsabiqəsində qalib olaraq, üç nəfərdən ibarət finalçılar arasına düşüb.

MANERA.AZ xəbər verir ki, qaliblərin mükafatlandırılması dekabrın 19-da İranın Şiraz şəhərində baş tutacaq.

Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu tərəfindən keçirilən müsabiqənin məqsədi təşkilata üzv olan ölkələrdəki gənclər hərəkatları, təşkilatları arasında əməkdaşlığı gücləndirmək, İƏT ölkələrinin bir-biri arasında daha çox tanıtdırılması, mədəni və maarifləndirici tədbirlərin həyata keçirilməsidir.

Finalçıların hansının neçənci yer tutduğu mükafatlandırılma mərasimində açıqlanacaq..../kulis.az/


Baxış sayı - 1 653 | Yüklənmə tarixi: 15.12.2017 17:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930