manera.az
manera.az

Akademik Milli Dram Teatrının kollektivi Cəlilabadda çıxış edib/ MANERA.AZ

Akademik Milli Dram Teatrının kollektivi Cəlilabadda çıxış edib/ MANERA.AZ


Xəbər verdiyimiz kimi Akademik Milli Dram Teatrının kollektivi “Vəsiyyət” tamaşası ilə cənub bölgəsinə qastrol səfərinə yollanıb. Yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilən tamaşa artıq Lənkəran və Biləsuvarda nümayiş olunub.

Kollektiv bu gün Cəlilabadda teatrsevərlərin qarşısında çıxış edib. Səhnə əsəri cəlilabadlı tamaşaçılar tərəfindən alqışlarla və böyük maraqla qarşılanıb.

İkihissəli qara komediyanın quruluşçu rejissoru əməkdar artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Səhnə əsərində əməkdar artist Abbas Qəhrəmanov (Dövran), əməkdar artist Münəvvər Əliyeva və aktrisa Ləman İmanova (Röya), əməkdar artistlər Mirzə Ağabəyli (Bayram), Almaz Amanova (Zəhra), Sevinc Əliyeva (Ceyran), aktyorlar Rüstəm Rüstəmov (Pirim), Elçin Əfəndi (Samir), Ramin Şıxəliyev (Timur), əməkdar artist Kazım Həsənquliyev (Elman), aktrisalar İlahə Həsənova və Fəridə Şahbazova (Delisay) çıxış edirlər.

Tamaşanı Dilbər İsmayılova və Vüqar Məmmədov idarə edir.

Qeyd edək ki, tamaşa Dövran adlı zəngin şəxsin yaxınlarına vəsiyyəti əsasında qurulub. Tamaşa insanlar arasında var-dövlət hərisliyini, mənəvi eybəcərliyi kəskin tənqid edir, insanı mənəvi kamilliyə səsləyir.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30