manera.az
manera.az

Qəbələdə “Veselo” festivalı keçiriləcək

📅 05.12.2017 11:03

Qəbələdə “Veselo” festivalı keçiriləcək
2018-ci ilin yanvarın 4-11-dək Qəbələdə “Veselo” adlı festival keçiriləcək.

MANERA.AZ xəbər verir ki, festival Ukraynanın “CİTA” turizm şirkətinin “Kvartal 95” studiyası ilə birgə təşkil etdiyi müəllif layihəsidir.

Festivalın günorta proqramına müxtəlif idman turnirləri, əyləncəli müsabiqələr, rəqs master-klasları, “Nə? Harada? Nə vaxt?” klubunda intellektual batllar daxildir. Axşam proqramı isə konsertlər, kvestlər, karaoke, lətifələr müsabiqələrindən ibarətdir.

“Veselo” festivalı artıq 10 ildir keçirilir. Ötən festivalların qonaqları Valeri Meladze, Yelena Vaenqa, Vladimir Presnyakov, Natalya Podolskaya, Diana Arbenina, Lolota, Ani Lorak, Leonid Aqutin, Vera Brejneva, Tomas Anders və digər məşhur müğənnilər olub.


Baxış sayı - 1 142 | Yüklənmə tarixi: 05.12.2017 11:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930