manera.az
manera.az

Bakıda 12-ci Beynəlxalq Caz Festivalı keçirilir

📅 23.10.2017 08:00

Bakıda 12-ci Beynəlxalq Caz Festivalı keçirilir
Bakıda “Elektra Events Hall”da 12-ci Beynəlxalq Caz Festivalına start verilib.

Açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, paytaxtımızda caz festivalının keçirilməsi ənənəyə çevrilib. Azərbaycanda cazın böyük tarixi var və bu gün də caz musiqisi ən çox sevilən və maraq doğuran sənət növlərindəndir.

Qeyd olunub ki, Bakı keçmiş sovet məkanında ən qabaqcıl caz məkanlarından sayılıb. Müstəqilliyimizin bərpa edilməsi bu musiqiyə daha da yaxınlaşmağa imkan verib. 2005-ci ildən Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə keçirilən Bakı Beynəlxalq Caz Festivalı dünyanın məşhur caz ifaçıları arasında şöhrət qazanıb. Sonra festivalın ilk konserti təqdim edilib. Konsertdə Qvineyanın tanınmış caz ifaçısı Sekou Kouyatın musiqi qrupu klassik və müasir caz nümunələrini ifa edib.

12-ci Bakı Beynəlxalq Cazz Festivalı oktyabrın 28-dək davam edəcək.

Festivalda Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, İsveçrə, İsveç, Niderland, İsrail, Türkiyə, Norveç, Kolumbiya, Qvineya, Meksika və Polşadan caz kollektivləri çıxış edəcək. Builki festivalın əsas qonaqları sırasında dünya şöhrətli akkordeonçu Rişar Qalyano da yer alıb. Festival çərçivəsində gənc ifaçıların “I am Jazzman” adlı beynəlxalq müsabiqəsi keçirilməklə yanaşı, Azərbaycan caz günləri, uşaq caz konsertləri, kino-caz günləri, caz sənətindən ustad dərsləri və seminarların təşkili də nəzərdə tutulur.

Bakıda 12-ci Beynəlxalq Caz Festivalı keçirilir
Bakıda 12-ci Beynəlxalq Caz Festivalı keçirilir


Baxış sayı - 1 326 | Yüklənmə tarixi: 23.10.2017 08:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031