manera.az
manera.az

Bakıda Yoqa Festivalı keçiriləcək

📅 20.06.2017 11:03

Bakıda Yoqa Festivalı keçiriləcək
İyunun 21-də Bakıda - İçərişəhərdə Ümumdünya Yoqa Günü çərçivəsində yoqa festivalı təşkil olunacaq. Hindistanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək festivalda paytaxtın sakinləri və qonaqları üçün yoqanın müxtəlif istiqamətləri üzrə məşğələlərlə yanaşı, yoqanın tarixi və sağlam həyat tərzi haqqında mühazirələrin oxunacağı da nəzərdə tutulur.

Bu barədə Manera.az-a Hindistanın ölkəmizdəki səfirliyindən məlumat verilib.

Səfirlikdən bildirilib ki, festival çərçivəsində iyunun 24-də Sumqayıtda, 25-də isə Suraxanı “Atəşgah”ında müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.

Festival sağlam həyat tərzini və fəal istirahət mədəniyyətini təbliğ etmək, arzu edənlərin yoqanın müxtəlif istiqamətləri ilə tanış olmasına şərait yaratmaq, bu cərəyan haqqında ətraflı informasiya almaq məqsədi daşıyır.



Baxış sayı - 1 460 | Yüklənmə tarixi: 20.06.2017 11:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031