manera.az
manera.az

Bakıda VIII Avropa Film Festivalı keçiriləcək

📅 26.10.2017 11:59

Bakıda VIII Avropa Film Festivalı keçiriləcək
Bakıda noyabrın 2-dən 12-dək VIII Avropa Film Festivalı keçiriləcək. Festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin, Aİ-yə üzv ölkələrin, eləcə də Norveçin ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə təşkil olunacaq.

Aİ-nin Azərbaycandakı nümayəndəliyindən MANERA.AZ-a bildirilib ki, festivalı proqramına 21 film daxildir. Onlardan 1-i Azərbaycan, 1-i Böyük Britaniya, 1-i Norveç, qalanları isə Avropa İttifaqının 18 ölkəsi - Belçika, Bolqarıstan, Çex Respublikası, Xorvatiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya və İsveç filmləridir.

Filmlərin təqdim olunacağı festival zamanı Avropanın tanınmış film rejissorları da paytaxtımıza gələcəklər. Festivalın qonaqları arasında tanınmış rejissorlar - bolqarıstanlı Dimitar Kotzev, belçikalı Kadır Balci, portuqaliyalı Juau Nicolau, hollandiyalı Yoram Lürsen da var. Onlar Bakıda ustad dərsləri də keçirəcəklər.

Filmlərin nümayişindən sonra interaktiv müzakirələr aparılacaq.


Baxış sayı - 1 319 | Yüklənmə tarixi: 26.10.2017 11:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031