manera.az
manera.az

Astanadakı xeyriyyə sərgisində Azərbaycan təmsil olunub

📅 04.12.2017 14:21

Astanadakı xeyriyyə sərgisində Azərbaycan təmsil olunub
Astanada keçirilən xeyriyyə sərgisi və yarmarkasında Azərbaycan da təmsil olunub

Qazaxıstanın paytaxtı Astanada ənənəvi olaraq Yeni il qabağı xeyriyyə sərgisi və yarmarkası keçirilib.

Qazaxıstanda Akkreditə Olunmuş Diplomatik Korpus Rəhbərlərinin Xanımları Klubunun təşəbbüsü və səfirliklərin təşkilatçılığı ilə hər il keçirilən aksiyada 54 ölkənin səfirliyi iştirak edir.

Azərbaycanın Qazaxıstandakı səfirliyi bu il keçirilən aksiyada ilk dəfə olaraq ölkəmizi təmsil edib.

Xeyriyyə yarmarkasında xüsusilə Azərbaycandan gətirilən məhsullar, Astanada hazırlanmış milli mətbəximizin ləziz xörəkləri və şirniyyatları, mətbəximizə aid müxtəlif təamlar böyük marağa səbəb olub. Eləcə də Azərbaycan şərabları, nar şirəsi və digər məhsullarımız ən çox satılanlar sırasında olub.

Sərgidəki Azərbaycan xalçaları, şallar, kəlağayılar, kulinar nəşrlər mədəniyyətimizin, tariximizin nə qədər zəngin olduğunu bir daha sübut edib.

Sərgi-yarmarka çərçivəsində iştirakçı ölkələrə tur-səfərlərin təşkili üçün 23 aviabiletin olduğu müsabiqə keçirilib. Azərbaycan haqqında daha çox məlumatı olan qonaqlara hədiyyələr verilib.

Xeyriyyə tədbirində müxtəlif ölkələr öz mədəni proqramları və milli mətbəxləri ilə çıxış ediblər.

Qeyd edək ki, sərgi-yarmarkadan əldə edilən gəlirlər ehtiyacı olan uşaq evlərinə göndəriləcək.



Baxış sayı - 1 182 | Yüklənmə tarixi: 04.12.2017 14:21
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031