manera.az
manera.az

Sonuncu Nobelçinin romanı Azərbaycan dilində

📅 30.11.2017 22:20

Sonuncu Nobelçinin romanı Azərbaycan dilində
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri, yapon əsilli Britaniya yazıçısı, 2017-ci il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Kazuo İşiquronun “O günlərdən qalanlar” kitabı işıq üzü görüb.

“Təpələrin solğun mənzərəsi”, “Biz yetim olanda”, “Məni heç vaxt buraxma” kimi romanları ilə şöhrət qazanmış yazıçının bu əsəri 1989-cu ildə Londonda işıq üzü görüb və elə həmin il Buker mükafatına layiq görülüb.

Romanda, hadisələr yazıçının digər əsərlərində olduğu kimi, birinci şəxsin dilindən nəql edilir.

Əsərin tərcüməçisi Saday Budaqlı, redaktoru Mahir N.Qarayevdir.


Baxış sayı - 2 051 | Yüklənmə tarixi: 30.11.2017 22:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930