manera.az
manera.az

Migel Delibesin “Seçilmiş əsərləri” işıq üzü görüb /MANERA.AZ

Migel Delibesin “Seçilmiş əsərləri” işıq üzü görüb  /MANERA.AZ
MANERA.AZMANERA.AZ
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – görkəmli ispan yazıçısı Migel Delibesin “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.

M.Delibes “Sərv ağacının uzun kölgəsi” (1947), “Yol” (1950), “Sərsəm” (1953), “Qırmızı yarpaq” (1959), “Beş saat Mario ilə birlikdə” (1966), “Altmış yaşlı həyat aşiqinin məktubları” (1983) əsərlərinin, habelə dünyanın müxtəlif dillərinə tərcümə edilmiş 50-dən çox kitabın müəllifidir. O, 1993-cü ildə Servantes mükafatına layiq görülüb. 1998-ci ildə isə “Kafir” romanına görə Nobel mükafatına namizədliyi irəli sürülüb.

Kitaba daxil edilmiş romanlarda Kastiliya kəndinin problemlərindən, Franko rejiminin gerçəklərindən, bu rejimin insan psixologiyasına təsirindən bəhs edilir.

XX əsr ispan ədəbiyyatının sonuncu klassiki adlandırılan Migel Delibesin əsərlərini dilimizə Saday Budaqlı tərcümə edib. Nəşrin redaktoru Mahir Qarayevdir.

Kitabın elektron versiyası yaxın günlərdə Tərcümə Mərkəzinin “Açıq kitab” elektron kitabxanasında onlayn mütaliəçilərin ixtiyarına veriləcək.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031