manera.az
manera.az

“Ağ babanın nağılı”nın premyerası oldu

📅 28.05.2015 00:58

“Ağ babanın nağılı”nın premyerası oldu
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir maraqlı səhnə əsəri balaca teatrsevərlərin ixtiyarına verilib.

Məşhur Azərbaycan xalq nağılı “Qoca ilə Şir“in motivləri əsasında səhnələşdirilən tamaşa “Ağ babanın nağılı” adlanır.

Teatrın baş rejissoru Qurban Məsimovun quruluş verdiyi birhissəli uşaq tamaşası özünün maraqlı mövzu və ideyası ilə seçilir.

Teatrın mətbuat xidmətindən manera.az-a verilən məlumata görə, uşaqlara dürüstlük, mübarizlik və sədaqət kimi ali insani dəyərlər aşılayan tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı Respublikanın Əməkdar artisti Anar Hüseynlidir.

Ağlın əhəmiyyətindən, güc tətbiqindən öncə ağılın qələbəsindən danışan tamaşada humanizm və məntiqin vacibliyi ana xətt təşkil edir.

Komik epizodlar fonunda cərəyan edən hadisələr sonda ağlın güc üzərində qələbəsi ilə nəticələnir. Uşaqlara xoş anlar bəxş edən yeni səhnə əsərində əsas obrazları teatrın aparıcı aktyorları, Əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Cavid İbrahimov, Elnur Abbasquliyev, Rəhilə İbadova, Samirə Nəcəfova, Elnur Xəlilov, Firuzə Nəsibli ifa edirlər.

Turan
Manera.az


Baxış sayı - 1 767 | Yüklənmə tarixi: 28.05.2015 00:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031