manera.az
manera.az

Xalq Artistinin yaradıcılıq gecəsi olacaq

📅 23.10.2017 11:34

Xalq Artistinin yaradıcılıq gecəsi olacaq
Oktyabrın 31-də Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən, xalq artisti Ramiz Quliyevin yaradıcılıq gecəsi keçiriləcək.

MANERA.AZ-ın məlumatına görə, yaradıcılıq gecəsi sənətkarın 70 illik yubileyinə həsr olunub və Azərbaycan Televiziyası “Mədəniyyət” kanalı, Beynəlxalq Muğam Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək.

Konsertdə tanınmış sənət xadimləri və ifaçıları – xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova, Nəzakət Teymurova, əməkdar artistlər ilkin Əhmədov, Təyyar Bayramov, Səbuhi İbayev, Naxçıvanın əməkdar artisti Ehtiram Hüseynov, xanəndələr Arzu Əliyeva, Aytən Məhərrəmova, Abgül Mirzəliyeva, Rəvanə Qurbanova və Səbinə Ərəbli çıxış edəcəklər.


Baxış sayı - 1 340 | Yüklənmə tarixi: 23.10.2017 11:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031