manera.az
manera.az

Muğam yapon musiqisi ilə sintez olundu

📅 04.11.2017 15:25

Muğam yapon musiqisi ilə sintez olundu
Yaponiyanın mədəniyyət işləri üzrə agentliyi və Yaponiya səfirliyinin təşəbbüsü ilə Azərbaycan Milli Konservatoriyasında konsert proqramı təşkil olunub.

MANERA.AZ xəbər verir ki, konsertdə milli muğam nümunələri ilə Yaponiyanın ənənəvi musiqsi sintez olunub.

"Samisen", "Şinobeu" kimi musiqi alətlərinin mahir ifaçılarının performansı müsiqisevərlərin marağına və alqışına səbəb olub.

Konsertdə Azərbaycanın xalq artistləri Ənvər Sadıqov və Emil Əfrasiyabın müşayəti ilə yapon musiqisi milli notlarla dinləyicilərə əvəzolunmaz dəqiqlər bəxş edib.

Sonda konservatoriyanın tələbələri təşkilatçılığa görə Yaponiyanın Azərbaycandakı səfirinə təşəkkür edib və xatirə şəkilləri çəkdiriblər.


Baxış sayı - 1 254 | Yüklənmə tarixi: 04.11.2017 15:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930