manera.az
manera.az

Yapon Film Festivalına yekun vurulub

📅 30.01.2017 19:13

Yapon Film Festivalına yekun vurulub


Yaponiyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə baş tutan və üç gün davam edən Yapon Film Festivalına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, “Ləndmark” biznes-mərkəzində gerçəkləşən festival çərçivəsində 5 yapon filmi təqdim edilib.

Yapon dilində səslənən filmləri tamaşaçılar Azərbaycan dilində subtitrlər vasitəsilə izləyiblər.

Qeyd edək ki, “Sən yaxşı uşaqsan”, “Məktub”, “Çevrəmizdəkilər”, “Pekorosun anası ilə görüş” və “Kaitan şəhərinin əhvalatları” filmləri gündə üç seans olmaqla nümayiş edilib.

Ekran əsərləri kinosevərlər tərəfindən maraqla qarşılanıb.


Baxış sayı - 1 625 | Yüklənmə tarixi: 30.01.2017 19:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930