manera.az
manera.az

Milli Konservatoriyada yapon musiqisi səslənəcək

📅 31.10.2017 15:12

Milli Konservatoriyada yapon musiqisi səslənəcək
Noyabrın 2-də Azərbaycan Milli Konservatoriyasında ənənəvi yapon musiqi konserti keçiriləcək.

MANERA.AZ xəbər verir ki, Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşacaq konsertdə Şamisen (simli musiqi aləti), yapon bambuk fleytası (şinobue və şakuhaçi) və zərb alətlərində ifalar səslənəcək, gündoğan ölkənin professional ifaçıları çıxış edəcəklər.

Eyni zamanda, konsertdə yapon musiqisi ilə Azərbaycan musiqisinin sintez ifası da gözlənilir.

Qeyd edək ki, konsertə giriş sərbəstdir.


Baxış sayı - 1 393 | Yüklənmə tarixi: 31.10.2017 15:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930