manera.az
manera.az

Fəal gənclərlə görüş olub - Layihə

Fəal gənclərlə görüş olub - Layihə
Gəncə şəhərində “Vətəndaş jurnalistikası” sahəsində fəal olan, sosial şəbəkələrdə aktiv iştirak edən gənclərlə görüş təşkil olunub.

Ötən həftə baş tutan tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İnternyus Azərbaycan” İctimai Birliyinin reallaşdırdığı “Azərbaycan həqiqətləri uğrunda səfərbər edilmiş media təşəbbüsləri” layihəsi çərçivəsində həyata keçirilib.

Görüşdə əsasən Gəncənin sosial aktiv gəncləri, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin fəal üzvləri, Gəncə Dövlət Universiteti və yerli kolleclərin tələbələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan “İnternyus – Azərbaycan”nin təmsilçisi, jurnalistika üzrə ekspert İsmayıl Vəliyev hərbi jurnalistika meyarları, bu sahədə milli mətbuatımızda formalaşan etik və peşəkarlıq normativlərdən danışıb. O, sosial media fəallarına səslənərək milli maraq və ənənələrin bu yeni media imkanları ilə düzgün uzlaşdırılması probleminə diqqət yetirib.

“Gələcəyə Körpü”-nün icraçı direktoru Hüseyinxan Hacızadə isə, “İnternyus – Azərbaycan” İB-nin kütləvi informasiya sahəsində yüksək təcrübəli peşəkar mütəxəssislərdən ibarət komandaya malik olduğunu xatırladaraq, tədbirin mövzusunun aktuallığından söz açıb.

Mövzunu jurnalist və bloqçu Ramid İbrahimov davam etdirib. O, ölkəmizin müharibə vəziyyətində olmasını və bu reallıqda sosial şəbəkə istifadəçilərinin üzərinə düşən məsuliyyəti xatırlatıb. Məruzə zamanı o, texniki vəsaitlərdən istifadə edərək, mövzuya dair qanun müddəalarının izahat və şərhlərini verib.
Tədbirdə həmçinin, layihə çərçivəsində yaradılan “Əsgər Bloqçular” (https://esgerbloqcular.com.az/) bloq səhifəsi də gənclərə təqdim olunub.
Yekunda iştirakçıların sualları cavablandırılıb, onları maraqlandıran məsələlərə əlavə izahatlar verilib.



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930