manera.az
manera.az

Onlayn media: yeniliklər, perspektivlər, problemlər | MANERA.AZ

📅 24.11.2015 12:37

Onlayn media: yeniliklər, perspektivlər, problemlər | MANERA.AZ

10-11 dekabr 2015-ci il tarixdə Hədəf Karyera Mərkəzi, İstiqlal Tədris və Yaradıcılıq Mərkəzi və İstanbul Aydın Universitetinin birgə təşkilatçılığı ilə gənc jurnalistlər üçün seminar-treninq keçiriləcəkdir.

MANERA.AZ xəbər veri ki, Layihə zamanı İstanbul Aydın Universitetindən dəvət olunmuş professorla yanaşı ölkəmizdə jurnalistika sahəsində fəaliyyət göstərən peşakar mütəxəssislər iştirakçılara təlimlər keçəcəkdir. Bundan əlavə layihə zamanı iştirakçılar bir çox tanınmış jurnalistlərlə debat şəklində ünsiyyətdə olacaq və onları maraqlandıran suallara cavab tapa biləcəklər.

Seminarlarda gənc jurnalistlər, onlayn media ilə məşğul olmaq istəyən şəxslər iştirak edə bilərlər. Layihə təşkilatçıların maliyyə dəstəyi ilə həyata keçirilir və iştirakçılar heç bir ödəniş etməyəcəklər.

Sonda iştirakçılar sertifikatla təmin olunacaqlar.

Layihənin aktiv iştirakçıları İstanbul Aydın Universitetində peşəkar jurnalistika kursu keçmək şansı qazanacaqlar.

Layihədə iştirak etmək istəyənlər info@senet.az ünvanına yaza, yaxud (+99455)3151114 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.


Baxış sayı - 1 927 | Yüklənmə tarixi: 24.11.2015 12:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031