manera.az
manera.az

“Regionun sağlam gəncləri” - Layihə

 “Regionun sağlam gəncləri”  - Layihə
Ağdamda “Regionun sağlam gəncləri” adlı layihə keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi tərəfindən yanvar ayının 23-dən 27-dək Ağdam rayonunun Quzanlı qəsəbəsində “Regionun sağlam gəncləri” adlı layihə çərçivəsində tədbirlər keçirilib. Keçirilən tədbirlərdə Ağdam Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçisi Ramil Bayramov, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Anar Əsgərov, “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin sədr müavini Ramil Cavadov, rayon polis şöbəsinin əməkdaşları, səhiyyə işçiləri, məktəblilər və gənclər iştirak ediblər.

Tədbirlərdə gənclər arasında sağlam həyat tərzinin təbliği, narkomaniya, eləcə də yoluxucu xəstəliklərin yoluxma yolları və törətdiyi fəsadlar, bu xəstəliklərdən qorunmaq üçün görülən işlər barədə ətraflı məlumat verilib. Dövlətimizin hər bir vətəndaşa, o cümlədən gənclərə olan qayğısından, gələcəyimiz olan gənclərin sağlam böyüməsinin vacibliyindən danışılıb.

Çıxışlarda o da bildirilib ki, gəncliyin fiziki və mənəvi sağlamlığına mənfi təsir göstərən amillərdən biri bütün dünyanı narahat edən, ən ciddi sosial problemlərdən hesab olunan narkomaniyadır.

Layihə çərçivəsində çap edilən maarifləndirici bukletlər və şəhadətnamələr tədbir iştirakçılarına paylanılıb.

Qeyd edək ki, “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Regionun sağlam gəncləri” mövzusunda layihənin əsas məqsədi uşaq və gənclər arasında sağlam həyat tərzinin təbliği, narkomaniya bəlasına düçar olan şəxslərin müalicəsi haqqında məlumatların verilməsi, yoluxucu xəstəliklərin yoluxma yolları və törətdiyi fəsadlar haqqında maarifləndirmə işinin aparılmasıdır.
 “Regionun sağlam gəncləri”  - Layihə
 “Regionun sağlam gəncləri”  - Layihə

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031