Rektor müşaviri Gənclər Birliyinin sədri seçilib - MANERA
Yeni Azərbaycan Partiyasının (YAP) Bakı Slavyan Universteti üzrə Gənclər Birliyinin illik hesabat iclası keçirilib.
MANERA.AZ-a xəbər verir ki, iclasda Nəsimi rayon Yeni Azərbaycan Partiyasının sədri, millət vəkili Məlahət İbrahimqızı, BSU-nun rektoru, professor Asif Hacıyev, YAP-ın Nəsimi rayon Təşkilatının ərazi ilk partiya təşkilatının (BSU) sədri, dosent Aygül Hacıyeva və digər üzvlər iştirak edib.
İştirakçılar BSU-da Ümumilli lider Heydər Əliyevin büstü önünə əklil qoyublar.
Bakı Slavyan Universiteti YAP Gənlər Birliyinin sədri Elvin Hətəmov iclasın gündəliyində olan məsələləri diqqətə çatdırıb. YAP GB-nin illik hesabatı dinlənilib. Yeni Azərbaycan Partiyasının tədbirlər planına əsasən birliyin cari il ərzində həyata keçirtdiyi layihələr barədə məlumat verilib. Hesabat dinlənildikdən sonra geniş müzakirələr aparılıb.
Bildirilib ki, nəzərdə tutulmuş layihələrin icrasında Gənclər Birliyinin idarə heyətinin üzvləri təkcə Bakı Slavyan Universitetində deyil, Nəsimi rayon YAP təşkilatında keçirilən tədbirlərdə də fəal iştirak ediblər.
Müzakirələr zamanı yeni idarə heyyətinin tərkibi səsverməyə çıxarılıb. Namizədliyini irəli sürmüş üzvlərdən səsvermə yolu ilə yeni sədr və sədr müavinləri təyin edilib.
Belə ki, BSU YAP Gənclər Birliyinin yeni sədri rektorun müşaviri, Filologiya və jurnalistika fakültəsinin III kurs tələbəsi Elcan Məmmədov seçilib.
İclasda çıxış edən millət vəkili Məlahət İbrahimqızı yeni heyyəti təbrik edib. Respublikamızın çiçəklənməsində və fəal ictimai həyatında aktiv iştiraklarına görə üzvlərin hər birinə minnətdarlığını bildirib.
Bakı Slavyan Universtetinin rektoru, professor Asif Hacıyev çıxışında yeni heyyəti təbrik edərək gənclərə göstərilən yüksək etimad və qayğıya görə Yeni Azərbaycan Partiyasına öz təşəkkürünü bildirib.
Gəncləri BSU YAP Gənclər Birliyinin yeni idarə heyyəti ətrafında birləşməyə çağıran dosent Aygül Hacıyeva onlara gələcəkdə nəzərdə tutulmuş mühüm layihələrin təşkilində uğurlar arzulayıb.
Sonda Məlahət İbrahimqızı Bakı Slavyan Universtetinin Heydər Əliyev məktəbi Tələbə tele-radio studiyasının qonağı olub, 50-dən çox YAP-a yeni üzv olmuş gəncə üzvlük vəsiqəsi təqdim edib. Sonra millət vəkili radioda çalışan jurnalist tələbələrə müsahibə verib.