manera.az
manera.az

"Min möhtəşəm günəş" Azərbaycan səhnəsində

📅 09.06.2017 00:59

"Min möhtəşəm günəş" Azərbaycan səhnəsində


Ötən gün Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində İrəvan Dövlət Azərbaycan Dram Teatrının yeni tamaşası olan dünyaca məhşur əfqan əsilli ABŞ yazıçısı Xalid Hüseyninin "Min möhtəşəm günəş" əsərinin tamaşaçılara təqdim edib.

Xalid Hüseyninin bütün dünyada məşhur olan romanı əsasında hazırlanan iki hissəli tamaşaya rejissor Elvin Mirzəyev quruluş verib. Tamaşada İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları əməkdar artistlər Vaqif Kərimov, Rəşid Səməndər.Aktyorlar Nigar Həsənzadə, Məryəm Elz, Səmayə Nəbiyeva,Ayşən Rövşən, Rövşən Kamal, Zülfiyyə Eldarqızı, Əhliman Ərşadlı, Əjdər Zeynalov,Elçin Hacıyev,Ceyhun Əlixan, Sevinc Hüseynova, Ruhiyyə Eyvazova, Niyaməddin Səfərəliyev, Emin Sevdiməliyev və başqaları çıxış edib.

İki hissəli tamaşada Əfqanıstanın müharibə dövrünü, iki qadının nakam həyat hekayəsini tamaşaçılara çatdırıb.Roman Əfqanıstanı darmadağın edən müharibənin qurbanı olmuş iki əfqan qadını- Məryəm və Leylanın həyatından bəhs edir. Onların arasında ümumi heç nə yoxdur, ayrı-ayrı dünyalarda yaşayırlar, amma müharibə onların həyat yolunu birləşdirir. Özləri də bilmir onlar kimdir - rəqib, rəfiqə, yoxsa bacı. Təklikdə orta əsr desportizminə, amansızlığa qarşı dura bilməyəcəklərini başa düşüb birlikdə mübarizə aparırlar, ağır sınaqlardan keçirlər.



Turan Etibaroğlu
Manera.az


Baxış sayı - 2 157 | Yüklənmə tarixi: 09.06.2017 00:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031