manera.az
manera.az

ADU-da “Ölülər günü”

📅 31.10.2017 14:55

ADU-da  “Ölülər günü”

Oktyabrın 31-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin İspan dili Mərkəzinin təşkilatçılığı ilə Meksikanın “Ölülər günü” bayramı ilə əlaqədar tədbir keçirilib.

MANERA.AZ xəbər veri ki, öncə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin İspan dili üzrə təhsil alan tələbələrinə “Ölülər günü” bayramı haqqında ətraflı məlumat verib.

O, Azərbaycan xalqının milli adət-ənənələri ilə “Ölülər günü” bayramı arasında oxşar və fərqli cəhətlərdən bəhs edib, hər iki ölkədə müxtəlif mənşəyi olan bayramların qeyd edildiyini sözlərinə əlavə edib.

Daha sonra Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Meksika Birləşmiş Ştatlarının ərazisi, əhalisi və coğrafi mövqeyi, eyni zamanda adıçəkilən bayramın yaranmasının tarixi kökləri, adət-ənənələri haqqında tədbir iştirakçılarını məlumatlandırıb: “Hər il noyabrın 2-də meksikalılar bu bayramı böyük təmtəraqla qeyd edirlər. Bu gün hər bir meksikalının evində dünyasını dəyişən insanların şərəfinə süfrə açılır, onların sevdikləri musiqi səsləndirilir. Bu minvalla biz ölülərin ruhunu hiss etməyə çalışırıq. Onların bizdən məmnun qalmaları üçün sevdikləri təamları süfrəyə düzürük, şən ab-havada olmağa çalışırıq, ruhlarının bizdən inciməməsi üçün əlimizdən gələni edirik. Biz dünyadan köçən yaxınlarımızı unutmadığımızı bu bayramda onlara xatırladırıq”.

İnteraktiv şəkildə keçən tədbirdə səfir Rodriqo Labardini tələbələri maraqlandıran sualları cavablandırıb.

Tədbirdə “Sümüklərə qədər” adlı qısametrajlı cizgi film də nümayiş olunub.

Qeyd edək ki, ADU-da “Ölülər günü” bayramı münasibətilə stend qurulub. Stenddə bayramın xüsusiyyətlərini özündə əks etdirən şirniyyatlar və digər nümunələr təqdim olunub.



Baxış sayı - 1 341 | Yüklənmə tarixi: 31.10.2017 14:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031