manera.az
manera.az

Bakıda Argentinanın milli bayramı qeyd edilib - Multikulturalizm

📅 11.07.2016 17:00

Bakıda Argentinanın milli bayramı qeyd edilib - Multikulturalizm

İyulun 11-də Bakıda Argentinanın müstəqilliyinin 200-cü ildönümü qeyd edilib

MANERA.AZ xəbər verir ki, tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva ölkəsinin müstəqillik qazandıqdan sonra müxtəlif sahələrdə əldə etdiyi uğurlardan, Azərbaycan ilə mövcud əlaqələrdən danışıb.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan hökuməti adından Argentina xalqını milli bayram münasibətilə təbrik edib.


Sonra Argentinanın milli rəqslərindən ibarət kompozisiya nümayiş etdirilib.


Baxış sayı - 2 308 | Yüklənmə tarixi: 11.07.2016 17:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031