manera.az
manera.az

Patti Ostinin Bakı konsertinin repertuarı

📅 27.10.2017 14:00

Patti Ostinin Bakı konsertinin repertuarı
Tanınmış amerikalı caz ifaçısı, “Qremmi” mükafatı laureatı Patti Ostin noyabrın 15-də Heydər Əliyev Mərkəzində keçiriləcək konsertində tamaşaçılara maraqlı proqram təqdim edəcək.

MANERA.AZ xəbər verir ki, Patti Ostin “cazın birinci ledisi” Ella Fitzercaldın xatirəsinə ithaf etdiyi “For Ella” albomundan kompoziyaları ifa edəcək.

Caz həvəskarları konsertdə “Too Close For Comfort”, “Honeysuckle Rose”, “You’ll Have To Swing It”, “Our Love Is Here To Stay”, “A Tisket A Tasket”, “Miss Otis Regrets”, “The Man I Love”, “Hearing Ella Sing” və digər hitləri dinləyə biləcəklər.

Konsertdə P.Ostini caz triosu müşayiət edəcək.

Qeyd edək ki, 2017-ci il dünyada Ella Fitzceraldın 100 illiyi qeyd edilir və Patti Ostinin Bakı konserti də bu yubileyə həsr olunur.


Baxış sayı - 840 | Yüklənmə tarixi: 27.10.2017 14:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31