manera.az
manera.az

Xeyriyyə konserti olacaq

Xeyriyyə konserti olacaq
Dekabrın 1-də Heydər Əliyev Sarayında Beynəlxalq Əlillər Gününə həsr olunmuş xeyriyyə konserti keçiriləcək.

Heydər Əliyev Sarayının təşkilatçılığı ilə reallaşacaq “Biz bir ailəyik” adlı konsertin hazırlanmasında məqsəd fiziki qüsurlu insanların istedadını nümayiş etdirməkdir.

Sarayın mətbuat xidmətindən MANERA.AZ-a bildirilib ki, konsertdə fiziki qüsurlu istedadlı ifaçıların və “Hağışta” folklor qrupunun çıxışları dinləniləcək. Müğənniləri səhnədə fiziki qüsurlulardan ibarət “Duyğu” xalq çalğı alətləri ansamblı müşayiət edəcək.

Xeyriyyə konsertindən əldə olunan gəlirin bir hissəsi uşaq evlərinə veriləcək. Konsertin biletlərini şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30