manera.az
manera.az

Rəşad Məcid: Nizami Gəncəvi dünya poeziyasına misilsiz töhfələr verib

📅 17.09.2026 19:00


Dahi Nizami Gəncəvinin 885 illiyinin qeyd olunması onun zəngin irsinin bir daha diqqət mərkəzinə gətirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şairin irsini yad etmək, yaradıcılığını təbliğ etmək vacibdir. Daha 15 il sonra Nizami Gəncəvinin 900 illik yubileyinin dünya və beynəlxalq təşkilatlar səviyyəsində geniş qeyd olunacağına inanıram.

Bunu açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

O qeyd edib ki, Nizami Gəncəvi Azərbaycan xalqının böyük mütəfəkkir şairi olmaqla yanaşı, dünya poeziyasına misilsiz töhfələr verib. “Gəncədə doğulub yaşayan dahi şair əsrlər boyu Azərbaycan xalqının milli-mənəvi zənginliyinə böyük töhfələr bəxş edib. Şairin əsərləri dəfələrlə müxtəlif dillərə tərcümə olunaraq dünyanın müxtəlif ölkələrində oxuculara təqdim edilib. Yadigar qalan əsərləri bu gün də insanları öz dərin məzmunu, fəlsəfi fikirləri və bədii zənginliyi ilə heyrətləndirməkdə davam edir”, - deyə R.Məcid əlavə edib.


Baxış sayı - 14 | Yüklənmə tarixi: 17.09.2026 19:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930