manera.az
manera.az

Stiven Siqalın konserti olacaq - BAKIDA | MANERA.AZ

Stiven Siqalın konserti olacaq - BAKIDA  | MANERA.AZ

Məşhur Hollivud ulduzu Stiven Siqal ilk dəfə Bakıda, Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək. Dekabrın 16-da və 17-də keçiriləcək konsertdə Stiven Siqal və onu müşayiət edəcək qrup tamaşaçılara blüz musiqi proqramı təqdim edəcək.

Hollivud ulduzu, kinoaktyor, rejissor, eyni zamanda, aykido ustası Stiven Siqal musiqiçi kimi də məşhurdur.

İllərlə öz üzərində işləyən Stiven Siqal məşhur blüz əfsanələri - Bi Bi Kinq, Bo Didli, Con Li Huker, ona ən çox təsir göstərmiş gitaraçı Braun Klarens “Qeytmaut” ilə birgə ifalar edib, blüza olan sevgisini onlarla bölüşüb.

Stivenin anası “onun musiqisini dünya eşitməlidir” deyəndən sonra Siqal ilk albomunu buraxır. 2005-ci ildə işıq üzü görən “Kristal mağaradan mahnılar” (“Songs from the Crystal Cave”) albomu Avropa bazarında ən çox satılan albomlardan olur və özündə blüz, pop, rok kimi müxtəlif janrları birləşdirir.

Bi Bi Kinq Stiven Siqalın musiqisini xarakterizə edərkən “Stiven gitara çalmaqda mahir ustadır” deyə söyləyib. Stivenin blüzu ənənəvi və mənalı bir tərzdə çatdırmaq istedadı onun yazdığı və ifa etdiyi musiqidə aydın görünür.

1952-ci ildə ABŞ-da anadan olan Stiven Siqal 1986-cı ildən kino sahəsində fəaliyyətə başlayıb və 1988-ci ildə “Qanundan yüksəkdə” adlı ilk filmində Niko rolunu ifa edib. Əsasən döyüş filmlərində çəkilən aktyor “Mühasirədə”, “Ölümcül təhlükə”, “Məhvetmə qərarı”, “Keçmişin kölgəsi”, “Günəşin altında” və s. filmlərdə rol alıb.

Stiven Siqal, həmçinin film prodüseri kimi tanınır. O, prodüseri olduğu filmlərdə döyüş səhnələrinə quruluş verib.

Dekabrın 16-da və 17-də bir saatdan artıq davam edəcək konsert proqramında gitara ifaçısı, müğənni Stiven Siqal blüz janrında musiqi ilə izləyicilərin qarşısına çıxacaq.

Konsertin biletlərini Heydər Əliyev Mərkəzinin kassasından əldə etmək olar.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728