manera.az
manera.az

Avropa film festivalı keçiriləcək - BAKIDA

Avropa film festivalı  keçiriləcək - BAKIDA
Bakıda ənənəvi olaraq keçirilən Avropa film festivalı bu il noyabrın 3-də start götürəcək və 10 gün davam edəcək.

“Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasət, iqtisadiyyat, mətbuat və informasiya şöbəsinin rəhbəri xanım Auşra Raişite-Daukantien sayca 7-ci festivala hazırlıq işlərini müzakirə ediblər.

Qeyd olunub ki, festival haqda informasiya “Park Cinema”nın bütün meydançalarında monitorlarda nümayiş olunacaq.

Noyabrın 3-dən 12-dək baş tutacaq festival iştirakçı ölkələrin və tamaşaçıların, eləcə də festivalda təmsil olunacaq filmlərin sayı baxımından daha irimiqyaslı hadisə olacaq. Tamaşaçılara komediya, dram, fantastika, macəra janrlarında filmlərlə yanaşı, animasiya və sənədli işlər də təqdim olunacaq.

Sayca yeddinci dəfə keçiriləcək Avropa film festivalında Azərbaycan, Almaniya, Avstriya, Belçika, Çexiya, Estoniya, Finlandiya, Böyük Britaniya, Xorvatiya, Rumıniya, İtaliya, Fransa, İspaniya, Latviya, Macarıstan, Bolqarıstan və İsveçdə istehsal olunmuş filmlər nümayiş olunacaq.


Baxış sayı - 1 319 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930