manera.az
manera.az

Müslüm Maqomayev məzarı başında yad edildi

Müslüm Maqomayev məzarı başında yad edildi
Oktyabrın 25-i Azərbaycanın və SSRİ-nin Xalq Artisti Müslüm Maqomayevin vəfatı günüdür.

MANERA.AZ xəbər verir ki, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabanda Müslüm Maqomayevin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev diqqətə çatdırıb ki, “Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq bu il ölkəmizdə silsilə tədbirlər keçirilir. Dünya şöhrətli müğənni və bəstəkarın yaradıcılığı həm sovet dövründə, həm də müstəqil Azərbaycan Respublikasında ulu öndər Heydər Əliyevin hər zaman diqqətində olub. Onun yaradıcılığı Azərbaycanın ən ali dövlət mükafatlarına, o cümlədən “İstiqlal”, “Şərəf” ordenlərinə layiq görülüb. M.Maqomayevn vəfatından sonra Bakıda yerləşən musiqi məktəblərindən birinə onun adı verilib, yaşadığı binaya xatirə lövhəsi vurulub, Moskvada və Bakıda Fəxri xiyabanda abidəsi ucaldılıb. Oktyabrın 28-də Heydər Əliyev Mərkəzində Müslüm Maqomayevin 75 illiyinə həsr olunan böyük tədbir keçiriləcək.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin Müslüm Maqomayevin özünəməxsus ifa tərzindən, zəngin yaradıcılığından və fitri istedadından söz açıb. Diqqətə çatdırıb ki, dahi sənətkar cismən aramızda olmasa da, onun adı, yaradıcılığı nəinki unudulmur, əksinə yaddaşlarda daha da möhkəmlənir.

Kinorejissor, Xalq Artisti Eldar Quliyev Müslüm Maqomayevin yaradıcılığı ilə yanaşı, böyük sənətkarın Bakıya olan sevgisindən danışıb, S.Yeseninin “Əlvida, Bakı” şeirinə yazdığı musiqinin bu sevgidən irəli gəldiyini, bu mahnının onun bir vəsiyyətinə çevrildiyini söyləyib.

Xalq Rəssamı Fərhad Xəlilov qeyd edib ki, adamlar Müslüm Maqomayev haqqında yeni söz deməyə çalışsalar da, ən yeni sözü o, öz yaradıcılığı, Bakıya sonsuz sevgisi ilə deyib. Kim Müslümü sevə bilirsə, deməli, o, bakılıdır. Müslüm Maqomayev Bakısız bir gün belə yaşamayıb. Onun istedadı təkcə ifaçılıqla bitməyib, o, həm də bəstəkar və rəssam idi. Təkcə “Əlvida, Bakı” mahnısı M.Maqomayevin tanınmasına kifayət idi.

Onun xidmətləri sadalamaqla bitmir. Bir sözlə, M.Maqomayevin bənzərsiz yaradıcılığı insanların qəlbində silinməz izlər qoyub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930