manera.az
manera.az

Onun səs tembrində sevgi, ləyaqət, düzgünlük vardı... - ANIM

📅 17.08.2017 17:30

Onun səs tembrində sevgi, ləyaqət, düzgünlük vardı... - ANIM
Görkəmli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb

Avqustun 17-də Fəxri xiyabanda zəmanəmizin tanınmış müğənnisi, Azərbaycanın və SSRİ-nin Xalq Artisti Müslüm Maqomayevin xatirəsi anılıb. Tədbir sənətkarın anadan olmasının 75-ci ildönümünə həsr olunub.

MANERA.AZ xəbər verir ki, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri Fəxri xiyabanda Müslüm Maqomayevin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, Müslüm Maqomayev Amerikadan Yaponiyaya qədər müxtəlif ölkələrdə sovet musiqisini, o cümlədən Azərbaycan bəstəkarlarının əsərlərini təbliğ edib və milyonların sevimlisinə çevrilib.

Vurğulanıb ki, M.Maqomayev 1969-cu ildə Sopot festivalında birinci mükafata layiq görülüb. 1973-cü ildə ona SSRİ Xalq Artisti adı verilib. O, SSRİ Xalq Artisti adına layiq görülmüş ən gənc sənətkarlardandır.

Bildirilib ki, M.Maqomayev 1975-1989-cu illərdə özünün yaratdığı Azərbaycan Dövlət Estrada Simfonik Orkestrinin bədii rəhbəri olub.

Diqqətə çatdırılıb ki, Müslüm Maqomayev Eldar Quliyevin dahi Nizami Gəncəviyə həsr olunmuş “Nizami” filmində yaratdığı Nizami obrazı ilə kinosevərlərin xatirəsində qalıb.

Xalq Artisti, kinorejissor Eldar Quliyev, Xalq rəssamları Ömər Eldarov və Fərhad Xəlilov çıxış edərək bildiriblər ki, Müslüm Maqomayev qeyri-adi insan idi. Onu canlı gördükləri və dinlədikləri üçün özlərini xoşbəxt sayan natiqlər vurğulayıblar ki, M.Maqomayevin bənzərsiz yaradıcılığı insanların qəlbində silinməz izlər qoyub.

Müslüm Maqomayevin ömür-gün yoldaşı, SSRİ Xalq Artisti Tamara Sinyavskaya bildirib ki, artıq 9 ildir Müslüm aramızda yoxdur. Ancaq insanların ona olan sevgisi azalmayıb. İllər keçdikcə insanlar onu daha çox qiymətləndirirlər. Onun səs tembrində sevgi, ləyaqət, düzgünlük, dostluq, mərdlik vardı. Ona görə də o hər kəsin qəlbində yaşayır.

Tamara Sinyavskaya gənc nəslə Müslüm Maqomayevin səs yazılarını qulaq asmağı məsləhət görüb.
Onun səs tembrində sevgi, ləyaqət, düzgünlük vardı... - ANIM
Onun səs tembrində sevgi, ləyaqət, düzgünlük vardı... - ANIM


Baxış sayı - 1 868 | Yüklənmə tarixi: 17.08.2017 17:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031