manera.az
manera.az

Bakıda italiyalı rejissorla görüş

📅 21.10.2017 23:45

Bakıda italiyalı rejissorla görüş
Oktyabrın 21-də Bakıda İtaliyanın tanınmış rejissor-ssenaristi Fransesko Buruni ilə görüş keçirilib.

MANERA.AZ xəbər verir ki, “İtaliyan dili həftəsi” çərçivəsində reallaşan görüşdə “Müasir dövrdə kino sənətinin inkişafı və onun ərsəyə gəlməsi” mövzusu müzakirə olunub.

Ölkəsində kino sənətinin inkişafından söz açan qonaq deyib ki, azərbaycanlı rejissorlarla bu yöndə əməkdaşlıq etməyə hazırdır.

Azərbaycanda kino çəkilişləri üçün əlverişli şəraitin olduğuna toxunan F.Buruni burada olduğu müddətdə yaranacaq yeni imkanlardan istifadə edəcəyini qeyd edib.

Tədbir qarışlıqlı müzakirələrlə davam edib, italiyalı rejissor tərəfindən maraq doğuran suallar cavablandırılıb.

Tədbir çərçivəsində F.Buruninin “Ən yaxşı ssenari” üzrə mükafata layiq görülən “Tutto quello che vuoi” adlı ekran əsəri təqdim olunub.

Qeyd edək ki, Romada Sinematoqrafiya Mərkəzində ssenaridən dərs deyən rejissor 1991-ci ildən peşəkar fəaliyyətə başlayıb.

Bakıda italiyalı rejissorla görüş
Bakıda italiyalı rejissorla görüş


Baxış sayı - 1 112 | Yüklənmə tarixi: 21.10.2017 23:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031