Yaradıcılıq fakültəsində tanınmış rejissorla görüş keçirilib _MANERA
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş rejissoru Yusif Əkbərovla Yaradıcılıq fakültəsində görüş keçirilib
MANERA.AZ xəbər verir ki, görüşdə əvvəlcə fakültənin müəllimi, "Sönməyən ulduzlar" teatrının rəhbəri Rafiq Kaşanlı çıxış edərək teatrşünaslıq sənəti haqda danışıb.
R. Kaşanlı qeyd edib ki, teatr sәnәtiylә bağlı olan bütün sahәlәr, ixtisaslar çәtin vә şәrәflidir. Teatr sәnәtinin inkişafında hәr bir sahәnin, ixtisasın öz payı var. Amma, teatr rejissorsuz fәaliyyәt göstәrә bilmәz. Teatra bәdii rәhbәrlik edәn dә, onun yaradıcılıq yolunu müәyyәnlәşdirәn dә mәhz rejissordur.
Daha sonra o sözü fakültədə qonaq olan baş rejissor Yusif Əkbərova verib.
Yusif Əkbərov tələbələri salamlayaraq, rejissor sənətinin incəliklərindən bəhs edib.
Rejissor qeyd edib ki, teatr sәnәtinin bütün mәsәlәlәri məhz rejissordan asılıdır. Tamaşaya görә әn böyük mәsuliyyәt daşıyan rejissordur. O, hәm seçilәn pyesә , aktyorların oyununa, hәm dә hәtta zaldakı tamaşaçılara görә cavab vermәli olur. Rejissor geniş dünyagörüşünә, güclü intellektә, kamil savada, biliyә vә şübhәsiz ki, ilk növbәdә fitri istedada malik olmalıdır. O, musiqini, tәsviri sәnәti, teatr texnikasını, teatrın tәşkilat mәsәlәlәrini incәliklәrinә qәdәr bilmәklә yanaşı, hәm dә әdәbiyyatın, dramaturgiyanın dә bilicisi olmalıdır.
Bu gün dünyada tamaşanı necә hazırlamalı, rejissorları necә yetişdirmәli sualına cavab verәn çoxsaylı kitablar, elmi¬-tәdqiqat әsәrlәri, mәqalәlәr, proqramlar mövcuddur. Sözsüz fitri istedadı, rejissorluq duyumu olmayan insan әsl rejissor kimi yetişmir.
Y. Əkbərov çıxışının sonunda bildirib ki, son illәrdә aktyor vә rejissor ixtisaslarına maraq göstәrәn gәnclәrin sayı xeyli çoxalıb. Bu da yaşadığımız dövrdә teatr sәnәtinә artan marağın göstәricilәrindәn biridir və inanıram ki, yetişmәkdә olan gәnc nәsil böyük әnәnәlәr yaratmış teatr sәnәtinin uğurlarını yaşadacaq, bu uğurları müasir dövrdә daha da inkişaf etdirәcәklәr.
Sonda xatirə şəkilləri çəkilib.
Nofəl Ümid,
MANERA.AZ