manera.az
manera.az

Milli Kino Günü qeyd edilib... - MANERA.AZ

📅 03.08.2016 13:12

Milli Kino Günü qeyd edilib... - MANERA.AZ

Nizami Kino Mərkəzində Milli Kino Günü qeyd edilib


MANERA.AZ xəbər verir ki, tanınmış sənət adamlarının və media nümayəndələrinin qatıldığı tədbir milli kinoyla bağlı qısa videoçarxla başlayıb.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev kinematoqrafçıları milli kinomuzun 118-ci ildönümü münasibəti ilə təbrik edərək, son illər kinematoqrafiya sahəsində əldə olunan uğurlardan danışıb.

O, ölkə başçısının müvafiq sərəncamı ilə fəxri adlara layiq görülən kino işçilərini də təbrik edib və medal və fəxri adları sahiblərinə təqdim edib.

Nazirliyin sektor müdiri Yusif Şeyxov bu il kino sahəsində fərqlənən kino işçilərinə pul mükafatları təqdim edib. Eyni zamanda, “Azanfilm” studiyasının keçirdiyi çizgi filmlərinin ssenari müsabiqəsinin qalibi bəlli olub.

Bu yerə yazıçı Sevinc Nuruqızı layiq görülüb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalqa artisti Şərfiqə Məmmədova çıxışında rəhbərlik etdiyi qurumun ənənəvi illik mükafatının bu il qocaman rejissor Eldar Quliyevə verildiyini bildirib. Sonra ilin yubilyarları haqqında danışaraq onları təbrik edib, ad günlərində xüsusi mükafatlara layiq görüldüklərini söyləyib. Yubilyarlarla yanaşı kino veteranlarını da yada salaraq onların heç vaxt unudulmadığını, həmişə diqqətdə saxlandığını qeyd edib.

Kinoşünas, rejissor Ayaz Salayev nazirliyin dəstəyi ilə həyata keçirdiyi “Qarbağın həsrət salmnaməsi” adlı internet layihəsindən danışıb. Çıxışdan sonra layihənin bir hissəsə videoçarxı nümayiş olunub.

Sonda C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan 4 qısametrajlı filmin təqdimat olub. Filmlərin nümayişindən əvvəl yaradıcı heyət səhnəyə çıxaraq ürək sözlərini və təəssüratlarını bölüşüb.

Milli Kino Günü “Qara bağ”, “Hədiyyə”, “Onun atası” və “Postskriptum” filmlərinin nümayişi ilə başa çatıb.


Xatırladaq ki, Milli Kino Günü 2000-ci ildən hər il avqustun 2-də qeyd olunur.

Turan Etibaroğlu
Manera.az




Baxış sayı - 1 670 | Yüklənmə tarixi: 03.08.2016 13:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031