manera.az
manera.az

İlin ən iddialı 10 şeir kitabı

İlin ən iddialı 10 şeir kitabı
"National Book Award"ın ilk siyahısı açıqlandı

Dünya ədəbiyyatı 2017-ci ildə qəribə bir tendensiya ilə qarşılaşıb – şeirin mənasız məşğuliyyət olduğunu düşünən auditoriya formalaşıb. Lakin Amerikanın nüfuzlu "National Book” ədəbi mükafat fondu prinsipiallığını əldən verməyərək, bu ildə israrla poeziya müsabiqəsi elan edib.

Mükafatın rəsmi səhifəsində yer alan məlumatda qeyd olunur ki, fond Amerika və dünya ədəbiyyatında poeziyanın yerini və çəkisini artırmaq məqsədilə mübarizə aparmağı qarşıya məqsəd qoyub. Builki siyahıda da qurum heç bir siyasi, dini, milli, irqi ayrı-seçkilik kimi təsirlərə bir barmaq da imkan verməyərək, ən yaxşı şairlərin toplularını bir araya gətirib. Artıq müsabiqənin ilk mərhələsində seçilən 10 kitabdan ibarət birinci siyahı açıqlanıb. Siyahıda debüt kitabı ilə May Der Vanqın da yer alması poeziyasevərlərin ürəyincə olub.

· Frank Bidart – "Yarı işıqlı: Seçilmiş şeirlər 1965-2016” ("Half-light: Collected Poems 1965-2016”)
· Çen Çen – "Böyüdükcə əlçatanlar siyahısı olmaq istəyirdim” ("When I grow up I want to be a list of further possibilities”)
· Lesli Harrison – "Sonların kitabı” ("Book of endings”)
· Meri Hov – "Maqdalena: Şeirlər” ("Magdalene: Poems”)
· Laura Kasisçke – "İndi hara: Yenilər və Seçilmişlər” ("Where now: new and selected poems”)
· Layli Lonq Soldyer – "Halbuki” ("Whereas”)
· Şeyn MakKra – "Sahibimin dilində” ("İn the language of my captor”)
· Şerod Santos – "Kvadrat saatlar” ("Square hours”)
· Danez Smith – "Bizi ölü adlandırma: Şeirlər” ("Don’t call us dead:poems”)
· Mai Der Venq – "Torpaqdan sonra” ("Afterland”)

artkaspi.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031